AZ

Türkiyə futbolu mafiyanın cəngində: Hakimləri qadınların vasitəsi ilə...

“Türkiyədə futbol hakimləri 10 il əvvəl mafiyanın tələsinə düşüblər”.

Publika.az xəbər verir ki, belə qalmaqallı açıqlama ilə keçmiş futbol hakimi, hazırda idman eksperti Əhməd Çakar "Beyaz futbol" verilişində çıxış edib.

O, xüsusilə bildirib ki, Türkiyədə bir mafiya qrupu müşayiət xidməti göstərməklə məşğul olan dörd çox gözəl qadın tapmağa nail olub. Onların futbol hakimləri ilə intim münasibəti olub və baş verənlər videoya çəkilib:

“Mafioz qrup dörd çox gözəl eskort qadın tapdı. Onlar hakimlərlə yaxın münasibətdə oldular, hər şeyi şəkil və videoya çəkdirdilər. Bu, o dövrün ən böyük şantaj planlarından biri idi”.

Seçilən
16
publika.az

1Mənbələr