AZ

“AzTV”də əməkhaqqı və sosial ödənişlərdə qanun pozuntuları aşkarlanıb

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlətvəsaitlərinin və digər əmlakın idarə olunmasının auditininnəticələri açıqlanıb.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Bildirilir ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əməkmüqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əməkfunksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməlivəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə(ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln.manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərininmülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək ƏməkMəcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəbolub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdətutulmaması işçilərin sosial təminat hüquqlarınınməhdudlaşdırılması ilə səciyyələnib.

Məqalədə:
Seçilən
8
46
az.trend.az

10Mənbələr