“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2026-cı ildə dövlət büdcəsinə dividend ödəməsi nəzərdə tutulmayıb.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə qeyd olunur.
BOKT-un 2025-ci il üzrə dividend öhdəliyi 0,2 milyon manatdır.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 72,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
MənbəReport