AZ

2026-cı ildə işğaldan azad edilmiş ərazilərin bərpasına nə qədər vəsait xərclənəcək? — RƏSMİ

Bakı. Trend:

2026-cı ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışıntəmin edilməsi üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışıntəmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası,həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrikenerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət,mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixiabidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinintikintisi və s.) məqsədilə 2026-cı ilin dövlət büdcəsində 3500 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq əhalininyeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiyatədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsiməqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün41 900 000 manat vəsait proqnozlaşdırılır ki, buda 2025-ci illə müqayisədə 13 100 000 manat və ya45,5 % çoxdur.

Növbəti ilin büdcə layihəsində həmin proqram çərçivəsindəişğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət(maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrindəfəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabınamalları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldanazad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirənrezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qazsahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar)tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlətbüdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə5 000 000 manat, işğaldan azad edilmiş ərazilərdəistehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara hər ay istehlakolunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, sutəchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinəuyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğindəmaliyyə yardımının ödənilməsi məqsədilə 2 000 000manat vəsait nəzərdə tutulur.

Bütövlükdə 2026-cı ilin dövlət xərclərindən (bütün xərcbölmələri üzrə) işğaldan azad edilmiş ərazilərin bərpası,yenidənqurması və digər tədbirlər üzrə cəm olaraq 3 548 900000 manat məbləğində vəsait yönəldiləcək.

Seçilən
45
3
az.trend.az

4Mənbələr