AZ

2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,9 faiz proqnozlaşdırılır — Azər Əmiraslanov

2026-cı ildə Azərbaycanda ümumi iqtisadi artımın 2,9 faiz olacağı proqnozlaşdırılır, milli valyuta — manatın məzənnəsi sabit qalacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azər Əmiraslanov "2026-ci ilin dövlət büdcəsi haqqında" qanuna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, neft-qaz sektorunda 2,4 faiz azalma gözlənilsə də, qeyri-neft sektorunda 5 faiz artım nəzərdə tutulur.

Deputat qeyd edib ki, bu, ölkə iqtisadiyyatında gedən struktur dəyişikliklərini və diversifikasiyanın dərinləşdiyini göstərir.

“2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin 43 faizi neft-qaz sektorunun, 57 faizi isə qeyri-neft sektorunun payına düşür. Bu da iqtisadi sabitliyin və davamlı inkişafın təmin olunmasında qeyri-neft sahələrinin artan rolunu nümayiş etdirir", - Əmiraslanov vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
37
anews.az

1Mənbələr