AzVision.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Şlezviq-Holşteyn torpağının baş naziri Daniel Hünterlə keçirdiyi birgə mətbuat konfransında belə deyib.
“ Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Almaniyada sığınacaq üçün heç bir əsas yoxdur, ona görə də biz deportasiyaya başlaya bilərik”,- Merts bildirib.
O, əksər qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıdacaqlarına və onun yenidən qurulmasında iştirak edəcəklərinə ümidli olduğunu söyıləyib. Çünki onlarsız bu mümkün olmayacaq.
- Geri qayıtmaqdan imtina edib Almaniyada qalmaq istəyənlər ənlər, əlbəttə ki, gələcəkdə deportasiya oluna bilər”,- kansler xəbərdarlıq edib.
Merts, eyni zamanda, ölkədə sığınacaq verilməsi və əmək qabiliyyətli miqrantların qəbulu prosedurlarının bir-birindən ayrılmasının zəruriliyini vurğulayıb.
“Bizdə hələ də əmək bazarına inteqrasiya edə biləcəyimiz və ya qismən etdiyimiz, lakin hələ də sığınacaq almaq prosesində olan şəxslərin mövcudluğundan mən çox narazıyam. Gələcəkdə sığınacaq verilməsi və əmək bazarına inteqrasiya prosesini tamamilə ayırmaqla bu inzibati prosedurun təkmilləşdirilməsini təklif edirik. “Work-And-Stay (İşlə və Qal) agentliyi məhz bunun üçün yaradılıb”,- Almaniya kansleri deyib.
Bu arada Almaniyanın Daxili İşlər naziri Aleksandr Dobrindt, 2025-ci ilin oktyabr ayında Almaniyada ilkin sığınacaq müraciətlərinin sayının (8,823) 2024-cü ilin eyni ayı ilə (19,785) müqayisədə təxminən 55% azaldığını bildirib.
Nazir daha əvvəl Almaniyadan deportasiya prosesini sürətləndirmək planlarını açıqlamışdı. Dobrindt vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ilə müvafiq razılaşmalara nail olmaq üçün“hər şeyi edəcək”və Suriya ilə də analoji addımlar atmağa çalışacaq. Plan təkcə cinayətkarların yox, həm də sığınacaq xahişlərirədd olunanların deportasiyasını nəzərdə tutur.
Əfqanıstana gəlincə, Taliban islamçı hərəkatı 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Almaniya artıq iki dəfə əfqanları ölkədən çıxarıb: 2024-cü ilin avqustunda 28 və 2025-ci ilin iyulunda 81 nəfər. Almaniya hakimiyyətinin məlumatına görə, nnların hamısı həbs cəzasına məhkum edilmiş cinayətkarlardır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta