AZ

Növbəti il bu məqsədlər üçün AZAL-a 5,9 milyon manat ayrılacaq

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində bəzi xərclərin qarşılanması üçünAZAL-a ayrılacaq vəsaitin miqdarı məlum olub.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasına edilənaviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin vəiştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MüstəqilDövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiqedilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli, LaçınBeynəlxalq Hava limanlarına təşkil ediləcək reyslərə görə yaranacaqzərərin subsidiyalaşdırılması məqsədilə “Azərbaycan Hava Yolları”Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) 5 900 000 manatvəsait proqnozlaşdırılır.

Seçilən
22
3
az.trend.az

4Mənbələr