AZ

Gələn il neft-qaz gəlirlərinin azalacağı, büdcədə payının 42,6%-ə enəcəyi proqnozlaşdırılır

Bakı. Trend:

Gələn il neft-qaz sektoru üzrə gəlirlərin 16,435 milyard manatolmaqla, cari ilə nisbətən 1,876 milyard manat azalacağı və bugəlirlərin dövlət büdcəsi gəlirlərində payının 42,6%-ə enəcəyinəzərdə tutulur (2025-ci ildə müvafiq göstərici 47,7%).

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Bildirilib ki, dövlət büdcəsi gəlirlərinin artımının nisbətənkiçik olması neft gəlirlərinin azalması ilə izah oluna bilər.Sənədə əsasən, neft gəlirlərində əhəmiyyətli azalma əsasən DövlətNeft Fondundan (DNF) transfet ilə əlaqəlidir.

“DNF-in 2024-2025-ci illər üzrə büdcələrinin təhlili dövlətbüdcəsinə transfertin təkcə neft-qaz gəlirlərindən deyil, eynizamanda DNF-in valyuta aktivlərinin yerləşdirilməsindən və idarəolunmasından əldə edilən gəlirlərdən də formalaşdığını göstərib.Belə ki, aktivlərin yerləşdirilməsindən və idarə olunmasından əldəedilən gəlirlər istisna olmaqla, DNF-in gəlirləri 2024-cü ildə12,244 milyard manat olub, 2025-ci il üzrə 10,990 milyard manatolacağı proqnozlaşdırılıb. Bu göstəricilərə qarşı DNF-dən dövlətbüdcəsinə transfert məbləği isə 2024-cü ildə 12,781 milyard manatolub, 2025-ci il üzrə 14,481 milyard manat olacağı nəzərdətutulub”, - məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
41
1
az.trend.az

2Mənbələr