Bakı. Trend:
Gələn ilin dövlət büdcəsi gəlirlərinin 38,609 milyard manatolacağı proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 253milyon manat və ya 0,7% çoxdur.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.
Sənədə əsasən, Dövlət Neft Fondundan (DNF) transfertlərin cariilə nisbətən az nəzərdə tutulması büdcə gəlirlərinə azaldıcı təsirgöstərsə də, bu təsirin əlavə dəyər vergisi, fiziki şəxslərin gəlirvergisi, hüquqi şəxslərin mənfəət vergisi və büdcə təşkilatlarınınödənişli xidmətlərindən daxilolmaların artması ilə kompensasiyaolunacağı proqnozlaşdırılır.
Vurğulanıb ki, Dövlət Neft Fondundan transfert cari ilinproqnozu ilə müqayisədə 1,646 milyard manat və ya 11,4% azalmaqla12,835 milyard manat nəzərdə tutulur ki, bu hal dövlət büdcəsininneft gəlirlərindən asılılığının azaldılması baxımından müsbətqiymətləndirilməlidir.
Eyni zamanda qeyd edilib ki, növbəti ildə dolayı vergi hesabedilən əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 9 milyardmanatlıq həddi aşaraq 9,216 milyard manat təşkil edəcəyiproqnozlaşdırılır. Bildirilib ki, bu göstərici ilə ƏDV-nin dövlətbüdcəsinin cəmi gəlirlərində Dövlət Neft Fondundan transfertlərdənsonra 23,9%-lik payla ən böyük daxilolma mənbəyi olacağı nəzərdətutulur.