AZ

2026-cı ildə Azərbaycanın xaricdəki səfirliklərinin saxlanılmasına 215 milyon manat xərclənəcək

Bakı. Trend:

Azərbaycanın maraqlarının beynəlxalq hüquq çərçivəsindəqorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həminməhkəmənin qərarlarının icrası ilə bağlı xərclərin maliyyə təminatıüçün 39 900 000 manat vəsait nəzərdə tutulur.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsinin layihəsindəbeynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq və regionaltəşkilatlara üzvlük haqqı və maliyyə institutlarının(maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı,Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vəkonsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildənolan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsiilə bağlı xərclər), xarici yardımlar və Azərbaycanın xaricdəkiticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə549 500 000 manat məbləğində vəsaitproqnozlaşdırılır.

Bu da 2025-ci illə müqayisədə 14 200 000 manatvə ya 2,7 % çoxdur.

Bu xərclərin 215 000 000 manatı Azərbaycanınxaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarınınsaxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10 000000 manat və ya 4,9 % çox), 23500 000 manatı beynəlxalq və regional təşkilatlara üzvlükhaqqı ilə bağlı xərclərə, 38 000 000 manatıbeynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredittəşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə,7 000 000 manatı beynəlxalq fəaliyyət və buqəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 239 000000 manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsiilə bağlı xərclərə, 19 000 000 manatı xariciyardımlar üzrə xərclərə, 8 000 000 manat isəAzərbaycanın xaricdəki ticarət nümayəndələrinin saxlanılması üzrəxərclərə yönəldiləcək.

Seçilən
28
az.trend.az

1Mənbələr