AZ

"Barselona" ulduz futbolçunu transfer edə bilər

BAKI, 4 noyabr. TELEQRAF

“Barselona” klubu “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etməkdə maraqlıdır.

Teleqraf "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu keçidi 2026-cı ilin yayında reallaşdırmağa çalışacaq.

“Barselona” norveçli forvardın müqabilində “Mançester Siti”yə öz hücumameylli yarımmüdafiəçisi Dani Olmonu və əlavə pul kompensasiyası təklif etməyə hazırdır.

Haalandın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Seçilən
33
1
teleqraf.com

2Mənbələr