AZ

Naxçıvana dövlət büdcəsindən ayrılacaq dotasiya 26 %-dək azaldılır

Bakı. Trend:

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan MuxtarRespublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla483 200 000 manat proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsiningəlirlərinin 43,8 %-ni və ya 211 600000 manatını dövlət büdcəsinin mərkəzləşdirilmişxərclərindən ayrılan dotasiya təşkil edəcək.

Bu da cari illə müqayisədə 74 100 000 manat vəya 25,9 % azdır.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəliriləri isəcari illə müqayisədə 52 100 000 manat və ya23,7 % artımla – 271 600 000manat məbləğində proqnozlaşdırılır.

Seçilən
17
2
az.trend.az

4Mənbələr