Ermənistan və ABŞ regionda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan yeni dəmir yolu layihəsi üzərində aktiv danışıqlar aparır. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Paşinyanın sözlərinə görə, müzakirə edilən layihə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolu xəttinin tikintisini əhatə edir. Baş nazir qeyd edib ki, tərəflər texniki və siyasi detallar üzərində işləyir və proses regiondakı kommunikasiyaların açılması baxımından xüsusi əhəmiyyət daşıyır.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31