AZ

Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinə hökm oxundu

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Hökmə əsasən, Saleh Novruzi, Tahir Vəliyev, Yadulla Balışov 9 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Onların cəzası 5 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

Seçilən
36
13
publika.az

10Mənbələr