Ramiz Mehdiyevin işinə görə dünən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar kartlardan ayda təxminən 100.000 manatdan çox vəsait çəkirmiş.
Tribuna-nın məlumatına görə, bu barədə parlamentin keçmiş üzvü Etibar Əliyev bildirib.
“AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Bu cüvəllağının cibində leviafan Ramiz Mehdiyevin AMEA-nın kitabxanası, instututları və digər strukurlarına 100-lərlə “ölü can” kimi işə götürdüyü adamların əməkhaqqı kartı olub. Bala Ramiz ayda təxminən 100.000 manatdan çox vəsaiti həmin kartlardan çəkirmiş”.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.
Gülşən Rəsul