AZ

Nikol Paşinyan: İlham Əliyevin bu qərarını təkcə biz yox, dünya alqışladı

BAKI, 4 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yükdaşıma qadağasının ləğvi barədə bəyanatına münasibət bildirib.

Teleqraf xəbər verir ki, o, həmin bəyanatı beynəlxalq platformalarda da alqışladığını xatırladıb.

“Bu bəyanatdan əsas fayda görəcək tərəflərin təkcə Ermənistan deyil, həm də Mərkəzi Asiya ölkələri olduğu ortaya çıxdı. Əlbəttə, birinci növbədə Ermənistan, amma eyni zamanda Mərkəzi Asiya dövlətləri də bu qərardan qazanır”, - Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidentinin tranzit məhdudiyyətlərini aradan qaldırmaqla bağlı açıqlamasından dərhal sonra Ermənistan bəyan edib ki, bu gündən etibarən Türkiyədən Azərbaycan və əks istiqamətə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırdırlar.

Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan siyasi baxımdan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin qurulmasına qarşı deyil: “Amma hazırda bunu fiziki baxımdan həyata keçirmək mümkün deyil, çünki dəmir yolu yoxdur. O yol hələ inşa olunmalıdır”.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr