1-ci Liqanın 7-ci turunda son oyunlarda uduzan "Zaqatala" növbəti görüşünü səfərdə "Difai"yə qarşı keçirəcək. Qonaq komandanın təcrübəli müdafiəçisi İlkin Qırtımovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komanda olaraq, yaxşı komandayıq, sadəcə ele epizodlar olur ki, yararlana bilmirik. Son qarşılaşmalarda rəqiblərimiz əllərinə düşən imkandan maksimum isdifade edir, biz isə əksinə, çox üzücü məğlubiyyətlərlə üzləşirik. "Difai" ilə səfər oyunu çox çətin olacaq. Rəqib çox yaxşı komandadir. Süretli oyunçuları var. Oyuna maksimum ciddi hazırlaşıb qələbə qazanmalıyıq".
Qeyd edək ki, "Difai" - "Zaqatala" qarşılaşması noyabrın 6-da keçiriləcək. Ağsu şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat