AZ

Növbəti üç ildə iqtisadi artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin ediləcək

Bakı. Trend:

Baza ssenari üzrə makroiqtisadi çərçivədə ortamüddətli dövrdəhər il iqtisadi artım proqnozlaşdırılıb, təhlillər 2026-2028-ciillərdə artımın tamamilə, 2029-cu ildə isə əsasən qeyri neft-qazsektoru hesabına təmin ediləcəyini göstərib.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Sənədə əsasən, 2026-cı ilin baza ssenaridə olan proqnozlarındaölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidəediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbulinflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnəilə xarakterizə olunacağı nəzərdə tutulur.

“Büdcə zərfi”nə əsasən, ortamüddətli dövr üzrə əsas fiskalparametrlər xam neftin müxtəlif qiymət ssenariləri əsasındahazırlanıb. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı əsasekzogen parametr olan neftin qiyməti 65,0 ABŞ dolları müəyyənedilib. Bu ssenariyə əsasən, növbəti ildə ölkə iqtisadiyyatınınreal ifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1milyard manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yalnızqeyri-neft-qaz sektorunun iqtisadi artıma töhfə verəcəyi nəzərdətutulur”, - məlumatda vurğulanıb.

Seçilən
34
3
az.trend.az

3Mənbələr