AZ

Yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı – FOTO

Artıq lüks anlayışı yalnız insanlara aid deyil. Sosial şəbəkələrin yeni stil ikonasına çevrilən “Samanta” adlı əfqan tazısı bunu sübut edir.

Bizim.Media xəbər verir ki, Şotlandiyanın paytaxtında yaşayan Samanta incəlik və zərif təmkinin simvoluna çevrilib, ən məşhur dəb jurnallarının üz qabığına çıxmağa layiq obraz yaradıb. O, artıq moda sənayesini və izləyiciləri heyran etməyi bacarıb.

Təsadüfi deyil ki, Jimmy Choo, Tommy Hilfiger və Harrods kimi böyük brendlər onunla əməkdaşlıq üçün növbəyə düzülüblər.

Onun duruşu, baxışı və qüsursuz silueti bir şeyi xatırladır: həqiqi zərifliyə söz gərək deyil.

Məhz bu təbii cazibədir ki, Samatanın parıltısı qarşısında ən bahalı zinət əşyaları belə solur.

Samanta təkcə Edinburq küçələrini deyil, həm də bütün dünyanın milyonlarla insanının qəlbini fəth edərək aristokratik üslubun canlı simvoluna çevrilib.





Bizim.Media

Seçilən
20
1
bizim.media

2Mənbələr