AZ

Bu məsələnin müzakirəsi üçün onu ölkəsinə dəvət etdi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya Kansleri Fridrix Merts Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı ölkəsinə səfərə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, Əhməd əl-Şaraanın dəvət edilməsində məqsəd suriyalı qaçqınların ölkələrinə repatriasiya edilməsi barədə danışıqlar aparmaqdır. 

Mertsin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başa çatıb və onlara sığınacaq vermək üçün əsas yoxdur: “Biz repatriasiyaya başlaya bilərik”.

O əlavə edib ki, Almaniya rəhbərliyi ölkədə məhkumluğu olan suriyalıları deportasiya etmək niyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
qafqazinfo.az

2Mənbələr