Siyasi mənada Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan o davam edir.
Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan illik "Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasında artıq sülh qurulub, lakin əsas çətinlik indi diplomatiyada deyil, "yeni reallığı dərk etməkdədir".
Musavat.com