AZ

Slot: "Alisson, Frimponq və İsak "Real"a qarşı oynamayacaqlar"

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda evdə "Real"a qarşı keçirəcəkləri oyun haqda danışıb.

QOL.az UEFA-nın rəsmi saytına stinadən xəbər verir ki, mütəxəssis əvvəlcə sabiq futbolçusu, hazırda "Real"ın formasını geyinən Trent Aleksander-Arnold haqda fikirlərini bölüşüb: "Trentlə bağlı gözəl xatirələrim var. O, keçən mövsüm komandamızın vitse-kapitanı olub. Tentlə işləmək barədə yalnız müsbət xatirələrim var. Mən onu izləməkdən həzz alıram.Trenti səmimi qarşılayacağam".

O, daha sonra Madrid təmsilçisi barədə müsbət sözlər səsləndirib: "Budəfəki matçı ötənmövsümkü qarşılaşmamız ilə müqayisə etmək çətindir ("Liverpul" 2:0 hesabı ilə qalib gəlmişdi - red.). Çünki ötən mövsüm "Real"ın zədəli futbolçusu çox idi, indi isə yoxdur. Xabi Alonso komandada inanılmaz iş görüb. Karlo Ançelotti isə öz töhfəsini verərək ayrıldı. "Real" hər zaman güclüdür". Xabini "Enfild"də sevirlər. İnsanlar onun haqqında çox müsbət danışırlar".

Slot vurğulayıb ki, bu oyuna itkilərlə çıxacaqlar: "Alisson Bekker, Jeremi Frimponq və Aleksander İsak zədəlidirlər. Buna görə də "Real"la oyunda bizə kömək edə bilməyəcəklər".

Qeyd edək ki, "Liverpul" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr