AZ

Milli Kitabxanada “Professor Elməddin Əlibəyzadə 100” adlı sərgi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Milli Kitabxanada görkəmli türkoloq-alim, dilçi, ədəbiyyatşünas, professor Elməddin Əlibəyzadənin 100 illiyi münasibətilə ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin həyat yolu və elmi yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunub.

Həmçinin alimin Azərbaycan-Şumer mədəniyyəti, Şumer-Babil mədəniyyəti, Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini ədəbi abidə olan “Avesta”, “Bilqamıs” və “Dədə Qorqud” dastanları və digər məsələləri əhatə edən tədqiqat əsərləri yer alıb.

Elməddin Əlibəyzadə İslamaqədərki Azərbaycan mədəniyyəti (şumer mədəniyyəti), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini-ədəbi abidə olan “Avesta”, onun tarixi kökləri məsələlərinin tədqiqi ilə ömrünün sonunadək məşğul olub.

Alim 300-dən çox elmi əsər, çoxlu sayda qiymətli elmi, tarixi, nəzəri kitablar yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azertag.az

2Mənbələr