AZ

ADAU tələbələri üçün praktiki geodeziya təlimi təşkil olunub

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncə, 4 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə təhsil alan tələbələr üçün geodeziya ölçmələri və topoqrafik planlama işlərinin yerinə yetirilməsi zamanı dron, Baza Rover GPS və onlardan istifadə qaydaları mövzusunda ustad dərsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Geoland Mappıng Services” şirkətinin direktoru Ozal Orucov və “North West Construction” şirkətinin baş topoqrafı Rüstəm Adıgözəlov tələbələrə istehsalatda tətbiq edilən müasir yerquruluşu alət və avadanlıqları ilə bağlı praktiki bacarıqlarını nümayiş etdiriblər.

Dərsin məqsədi geodeziya işlərinin müasir alət və avadanlıqlarla aparılması və öyrədilməsi olub.

Təlim prosesində mütəxəssislər istehsalatda tətbiq edilən müasir alət və avadanlıqlarla işləmə qaydası, geodeziya məlumatların götürülməsi və emal edilməsi mərhələləri üzrə ətraflı məlumat veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
azertag.az

1Mənbələr