AZ

Rusiya DİN dən Hüseyn Həsənovla bağlı qərar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı bloger Hüseyn Həsənov yenidən axtarışa verilib.

Globlinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Xatırladaq ki, əvvəllər H.Həsənov barəsində çirkli pulların yuyulması ilə bağlı ittiham irəli sürülmüşdü.

O, beynəlxalq axtarışa verilərək qiyabi həbs edilmişdi. İş Moskvanın Çertanovski Rayon Məhkəməsinə aprelin 23-də təqdim olunmuşdu.

Qeyd edək ki, blogerə qarşı Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndi “Xüsusilə böyük miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması”  üzrə cinayət işi açılıb.

Onu yeddi il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr