AZ

Gələn il bu sahələrin maliyyələşdirilməsinə 631,6 milyon manat vəsait ayrılacaq

2026-cı ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 631,6 milyon manat vəsait proqnozlaşdırılıb.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, bu da 2025-ci illə müqayisədə 9,9 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 134,7 milyon manat və ya 27,1 faiz çoxdur.

2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,2 faiz-bəndi, mütləq ifadədə isə 227,0 milyon manat və ya 1,6 dəfə artmışdır. Həmin vəsaitin 240,7 milyon manatı və ya 38,1 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, sarayları, evləri, mədəniyyət mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatına) xərclərinə, 78,7 milyon manatı və ya 12,5 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 50,1 milyon manatı və ya 7,9 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,6 faizi yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 239,3 milyon manatı və ya 37,9 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

Seçilən
11
1
kommersant.az

2Mənbələr