AZ

Azərbaycanın dövlət borcu azalıb - Nazir

Azərbaycanın ümumi dövlət borcu 1 oktyabr 2025-ci il tarixinə 25,4 milyard manat təşkil edib ki, bu da illik ÜDM-in 19,5 faizinə bərabərdir. Bu göstərici ilin əvvəlinə nisbətən 2,2 faiz bəndi azalıb. Bubu maliyyə naziri Sahil Babayev 2026-ci il dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib. 

Onun dözlərinə görə, borc portfelinin 17,1 milyard manatı (67,2%) daxili, 8,3 milyard manatı (4,9 milyard ABŞ dolları, 32,8%) isə xarici dövlət borcudur. 

O bildirib ki, dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı aşağı səviyyədədir.

Proqnozlara əsasən, 2026-cı ilin sonuna borcun ÜDM-ə nisbəti 21,8 faiz, 2029-cu ildə isə 21,2 faiz olacaq. 

Azərbaycan bu göstəriciyə görə dünyada ən aşağı borc yükünə malik 20 ölkə sırasındadır.

N.Təbrizli

Seçilən
7
anews.az

1Mənbələr