
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 milyon 200 min manat proqnozlaşdırılır.
Yeniavaz.com “Trend”ə istinadla xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 43,8 %-ni və ya 211 milyon 600 min manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcək.
Bu da cari illə müqayisədə 74 milyon 100 min manat və ya 25,9 % azdır.