AZ

Bu məsələnin müzakirəsi üçün onu ölkəsinə dəvət etdi

Almaniya Kansleri Fridrix Merts Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı ölkəsinə səfərə dəvət edib.

"Cebheinfo.az"  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin Mətbuat xidməti yayıb. 

Bildirilib ki, Əhməd əl-Şaraanın dəvət edilməsində məqsəd suriyalı qaçqınların ölkələrinə repatriasiya edilməsi barədə danışıqlar aparmaqdır. 

Mertsin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başa çatıb və onlara sığınacaq vermək üçün əsas yoxdur: “Biz repatriasiyaya başlaya bilərik”.

O əlavə edib ki, Almaniya rəhbərliyi ölkədə məhkumluğu olan suriyalıları deportasiya etmək niyyətindədir.

"Cebheinfo.az" 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr