AZ

Rusiya və Çin: Münasibətlərimiz üçüncü ölkələrə qarşı yönəlməyib...

Moskva və Pekin çoxtərəfli ədalətli dünya nizamının qurulmasına sadiq qaldıqlarını bəyan ediblər...

Poliqon xəbər verir ki, Rusiya və Çin hökumət başçılarının 30-cu müntəzəm görüşünün yekunlarına dair birgə kommünikedə iki ölkə arasındakı münasibətlərin “blok xarakteri daşımadığı və üçüncü dövlətlərə qarşı yönəlmədiyi” vurğulanıb.

Sənəddə qeyd olunur ki, Moskva və Pekin “əbədi mehriban qonşuluq, dostluq və hərtərəfli strateji əməkdaşlıq ruhunda, qarşılıqlı fayda və ümumi qazanclar prinsipləri əsasında” münasibətləri inkişaf etdirməyə davam edəcəklər.

“Tərəflər bir-birini prioritet tərəfdaş kimi qəbul edir və bütün sahələrdə əməkdaşlığı möhkəmləndirərək xarici çağırışlara adekvat cavab verməyi davam etdirəcəklər”, deyə kommünikedə bildirilir.

Eyni zamanda vurğulanır ki, Rusiya və Çin “daha ədalətli və balanslı çoxtərəfli dünya nizamının” formalaşmasına töhfə vermək niyyətindədirlər. Hər iki ölkə bir-birinə qarşılıqlı dəstəyi davam etdirərək, “əsas milli maraqlara və ciddi narahatlıqlara toxunan məsələlərdə” prinsipial həmrəylik nümayiş etdirməkdə qərarlıdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu bəyanat Moskva və Pekinin Qərb blokuna qarşı formal ittifaq yaratmadan, lakin qarşılıqlı siyasi və iqtisadi koordinasiyanı dərinləşdirmək strategiyasının bir hissəsidir.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr