AZ

Ortaq türk əlifbasının formalaşdırılması üçün hərtərəfli işlərin aparılması vacibdir - Binəli Yıldırım

Bakı. Trend:

2026-cı ildə qeyd ediləcək Bakı Türkoloji Qurultayının 100illiyi ərəfəsində ümumi türk əlifbasının yaradılmasının tarixi,elmi, mədəni və hüquqi aspektlərini əhatə edən hərtərəfli işinaparılması mühüm əhəmiyyət kəsb edir.

Trend xəbər verirki, bunu bu gün Türk Dövlətləri Təşkilatının (TDT) AğsaqqallarŞurasının sədri Binəli Yıldırım Bakıda keçirilən TDT AğsaqqallarŞurasının 18-ci iclasında deyib.

O bildirib ki, Səmərqənddə keçirilən UNESCO-nun 43-cü BaşKonfransında türk dünyası üçün mühüm əhəmiyyət daşıyan qətnaməqəbul olunub ,belə ki,15 dekabr Dünya Türk Dilləri Ailəsi Günü elanedilib.

“Bu qərar vahid əlifbanın yaradılması istiqamətində gördüyümüzişlərin aktuallığını və əhəmiyyətini vurğulayır. 2026-cı il xüsusitarixdir- Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100illiyi. Biz ölkələrimizin müvafiq qurumları və qardaş TDT iləbirlikdə ümumi əlifba mövzusunun tarixi, elmi, mədəni və hüquqiaspektlərini əhatə edən tədbirlər kompleksini həyata keçirməliyik”,- deyə B.Yıldırım qeyd edib.

Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevintəşəbbüsü ilə türk dövlətlərinin tarixinin öyrənilməsi və busahədəki əsərlərin tərcüməsi üzrə genişmiqyaslı proqram həyatakeçirilir. Bu proqram çərçivəsində Ağsaqqallar Şurası və TürkAkademiyasının dəstəyi ilə Ankarada seminar, 10–11 sentyabrtarixlərində isə Almatıda komissiyanın ilk iclası keçirilib. Həmingörüşlərdə gələcək tədqiqatların metodologiyası, strukturu vətəşkili məsələləri müzakirə olunub.

“Komissiyanın məqsədi türk xalqlarının ümumi tarixinə dair ikicildlik nəşr hazırlamaqdır. Bu nəşrin vahid əlifbaya əsaslananbütün türk dillərində çap olunması planlaşdırılır. Bu məsələ bu günkeçirilən iclasda da müzakirə ediləcək”, - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr