AZ

e polis tətbiqində daha bir xidmət bu arayışı da almaq olacaq

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Daxili İşlər Nazirliyi (DİN) e-polis portalının təkmilləşdirilməsi və yeni xidmətlərin əlavə olunması istiqamətində işləri davam etdirir.

Modern.az xəbər verir ki, yeni elektron xidmət hesabına hər bir vətəndaş məhkumluq haqqında arayışı sürətli şəkildə əldə edə bilər. Bu zaman şəxs əvvəllər məhkum edilmiş olsa da, əlavə sənədləşmə tələb olunmur. 

Yeni layihə e-polis tətbiqinin daxilindədir və mərkəzləşdirilmiş elektron hökumət portalına inteqrasiya olunub. Əməliyyat yalnız şəxsiyyət vəsiqəsinin fərdi şifrəsi ilə mümkündür. Buna görə hər hansı saxtakarlıq ehtimalı yoxdur.

DİN xidmətlərinin elektronlaşdırılması və sürətləndirilməsi istiqamətində işlərini davam etdirir.

Cavid Zahidoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
modern.az

2Mənbələr