AZ

Qadınlar niyə daha uzunömürlü olur? Elm sübut etdi

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadınların kişilərlə müqayisədə daha uzun yaşadığı artıq hər kəsə məlum faktdır. Bütün dünyada ölkələrində vəziyyət eynidir – qadınlar orta hesabla daha uzun ömür sürür, kişilər isə adətən daha erkən yaşda dünyasını dəyişir. Lakin bu fərqin arxasında duran səbəb uzun müddət sirr olaraq qalmışdı.

Bakupost.az xəbər verir ki, Almaniyanın “Maks Plank Təkamül Antropologiyası İnstitutu”nun alimləri bu sualın cavabını təkamülün əsaslarında tapıblar.Yeni araşdırmaya əsasən, qadınların daha uzun yaşamasının səbəbi təkamüllə bağlı bioloji fərqlilikdən qaynaqlanır. Alimlər 1100-dən çox məməli və quş növünə dair məlumatları təhlil edərək diqqətçəkən nəticələrə gəliblər. Məməlilərin 72%-ində dişilər erkəklərdən daha uzunömürlüdür, quş növlərində isə vəziyyət əksinədir: adətən erkək quşlar daha uzun yaşayır.Bu fərqin əsasını “heteroqametik cinsiyyət hipotezi” adlanan bioloji hadisə təşkil edir. Araşdırmaya görə, iki fərqli cinsiyyət xromosomuna sahib canlılar zərərli genetik mutasiyalara qarşı daha həssasdır. İnsanlarda və digər məməlilərdə bu xüsusiyyət kişilərdə müşahidə olunur, quşlarda isə dişilərdə. Eyni xromosom cütlüyünə sahib fərdlər – məsələn, qadınlar – genetik baxımdan daha dayanıqlı və uzunömürlü olmağa meyllidirlər.Araşdırma qrupunun baş müəllifi Yohanna Ştark qeyd edib ki, bu nəticə bütün növlərə aid deyil: “Bəzi növlərdə gözlədiyimizdən tam əks nümunələrlə qarşılaşdıq”.Alimlər bildirirlər ki, həyat müddəti fərqini yalnız genetik səbəblərlə izah etmək mümkün deyil. Növlərin rəqabət formaları, bala baxımı və ətraf mühit şərtləri də bu fərqə təsir göstərir. Araşdırmada həm təbii mühitdə, həm də zooparklarda yaşayan populyasiyaların məlumatları müqayisə olunub.Xəstəlik, aclıq və ya yırtıcı təhlükəsinin olmadığı nəzarətli şəraitdə belə dişilərin daha uzun yaşadığı müşahidə edilib.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
www.bakupost.az

1Mənbələr