AZ

Futbolçunu küçədə hədələyən menecer şərti azadlıqda

ain.az bildirir, futbolpress-az portalına istinadən.

Bu ilin sentyabrında ingiltərəli bir futbolçu silahlı hücuma məruz qalıb.

Futbolpress.az xəbər verir ki, adı açıqlanmayan oyunçu dostu ilə gəzərkən maskalı bir nəfər tərəfindən silahla hədələnib və şantaş edilib. Premyer Liqada ulduz futbolçulardan olduğu qeyd edilən həmin şəxs hadisə zamanı zərər görməyib.

London polisi məsələ ilə bağlı araşdırma aparır və bir nəfər futbol agenti təqsirli bilinib. Menecer əvvəlcə saxlanılıb, daha sonra şərti azadlığa buraxılır. Agentə futbolçu ilə əlaqə saxlamaq qadağan edilib.

Futbolçunun və agentin kimliyi gizli saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
futbolpress.az

10Mənbələr