AZ

Aleksey: “Son 6 ay mənim üçün çox çətin keçdi”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sabah” Premyer Liqanın X turunda “Qəbələ”ni məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, yayda “Qarabağ”dan transfer edilən Aleksey İsayev bu görüşdə ikinci dəfə “Sabah” formasıyla debüt edib. O, matçdan sonra fikirlərini bölüşüb:

“Bəli, evimə qayıtdım. Hisslər çox xoşdur. Son 6 ay mənim üçün çox çətin keçdi. Mənə inananlara təşəkkür edirəm. Şükürlər olsun, indi tam sağalmışam. Həqiqətən, çox sevinirəm. Hissləri ifadə etmək çox çətindir. Təşəkkür edirəm, adını deməyəcəm, amma kim olduqlarını yaxşı bilirlər. Onlara böyük təşəkkür edirəm.

Oyuna gəlincə, açar ötürmələr etdim və bu, mənim işimdir.Davam edəcəm ki, uşaqlar qollar vursun. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onlara demək istəyirəm ki, stadiona gəlin, dəstəyinizə ehtiyacımız var. Biz isə sizi sevindirməyə çalışacağıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
futbolpress.az

1Mənbələr