futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
FIFA-nın Apellyasiya Komitəsi Malayziya millisinin 7 futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
FIFA daha əvvəl yığmanın 7 futbolçusunu 12 aylıq diskvalifikasiya etmişdi. Buna səbəb onların sənədləri saxtalaşdırması idi. Futbolçular arasında vaxtilə “Sabah”da oynamış Cin İrasabal da var.
Oyunçular diskvalifikasiya ilə yanaşı, 2100 avro məbləğində cərimələnib.
İrasabal 2022-2025-ci illərdə “Sabah”da çıxış edib. O, bu yay Malayziyanın “Johor” klubuna keçib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.