"Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-da etdiyi çıxış ilk növbədə Azərbaycan elminin qarşısında mühüm vəzifələr qoydu. Cənab Prezidentin dil məsələsi barəsində iradları isə yerində və düşündürücü oldu".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O bildirib ki, çıxışın mühüm hissələrindən biri də Ermənistana azərbaycanlıların qayıtması və Göyçə gölünə vurğu edilməsi idi:
"Alimlərin cəmiyyətin düşünən və cəmiyyətə yön verən təbəqəsi kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi Azərbaycan xalqının gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir. Hər bir alim bunu yaxşı bilməli, diqqətdə saxlamalıdır. Hesab edirəm ki, Cənab Prezident də proqram xarakterli çıxışında alimlər qarşısında vacib məsələlər qoydu. AMEA-nın da bu istiqamətdə işlərini quracağı mütləq olacaq".
Süleyman