AZ

Şimali Koreya Cənubi Koreya sərhədinə doğru 10 raket atıb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Raketlər Pentaqon rəhbərinin iki Koreya sərhədindəki silahsızlaşdırılmış zonaya səfərindən bir saat əvvəl atılıb

Şimali Koreya Pentaqon rəhbəri Pit Heqsetin iki Koreya sərhədindəki silahsızlaşdırılmış zonaya (DMZ) səfərindən təxminən bir saat əvvəl 10 artilleriya raketi atıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Younhap” xəbər agentliyi Cənubi Koreya hərbi rəsmilərinə istinadən məlumat yayıb.

Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın bazar ertəsi saat 16:00 radələrində Sarı dənizin şimal sularına raket atdığını bildirib. Hazırda atışların təhlili aparılır.

Bu, ABŞ müdafiə naziri Pit Heqsetin müdafiə naziri An Kyu-bakla görüşmək üçün Birgə Təhlükəsizlik Bölgəsinin (JSA) cənubunda yerləşən Bonifas düşərgəsinə gəlməsindən bir saat əvvəl baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
ayna.az

1Mənbələr