AZ

Qazaxıstanda kütləvi zəhərlənmə: 80-dən çox insan xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Qazaxıstanın şimalında, Kostanay vilayətinin Arqalıq şəhərindəyerləşən kafedə keçirilən banketdə kütləvi zəhərlənmə olub. Azı 86nəfər xəstəxanaya yerləşdirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Bölgənin sanitariya-epidemioloji nəzarət departamentinin sədrmüavini Gülim Dosumova jurnalistlərə verdiyi açıqlamada kütləvizəhərlənməyə salmonellyozun səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, kafenin əməkdaşları müayinə olunub vəonlardan ikisində xəstələrdə aşkarlanan törədici ilə eyni növSalmonella Enteritidis müəyyən edilib.

“Əldə olunan ilkin nəticələrə əsasən demək olar ki, infeksiyanınehtimal olunan mənbəyi elə bu bakteriyanın aşkarlandığı kafeişçiləri olub. Onlar xəstə deyildilər və tibbi yardıma müraciətetməmişdilər. Tibb sahəsində bu hal ‘sağlam daşıyıcılıq’ adlanır”,- deyə Dosumova qeyd edib.

o əlavə edib ki, hadisədən sonra “Jayna” kafesinin fəaliyyətidayandırılıb, işçilər isə vəzifələrindən kənarlaşdırılıb.

Seçilən
40
az.trend.az

1Mənbələr