AZ

Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib - AÇIQLAMA/ FOTOLAR

Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində daha bir gözəl rayon mərkəzinə Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirildi.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura sədri olaraq bu mərasimi müşahidə edib:

"Zəngilan şəhərinə geri dönən keçmiş məcburi köçkünlər çox sevincli idilər. Zəngilan şəhərinə ilk köçən sakinlər Ali Baş Komandana, qazilərimizə öz dualarını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədilər. İctimai Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffaf təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Vətənlərinə geri dönən keçmiş məcburi köçkünlərimizi təbrik edirik!"

Seçilən
27
1
qht.az

2Mənbələr