AZ

"İsrailə dəstək davam etdikcə əməkdaşlıq mümkün deyil"

İran lideri Əli Xamneyi deyib ki, ABŞ İsraili dəstəkləməyə, bölgədə hərbi bazalarını saxlamağa və müdaxilə etməyə davam etdikcə Tehran və Vaşinqton arasında əməkdaşlıq mümkün deyil.

Turkustan.az xəbər verir ki, Xamenei ABŞ-ın Tehrandakı səfirliyinin 1979-cu ildə işğalının ildönümünü qeyd edən “Qlobal İmperializmlə Milli Mübarizə Günü” münasibəti ilə çıxış edib.

Xamneyi çıxışında “casus yuvası” adlandırılan ABŞ səfirliyinin işğalının ildönümünü “şərəf və qələbə günü” kimi dəyərləndirərək, bu hadisənin milli yaddaşda saxlanmasının vacibliyini vurğulayıb.

Xamneyi bəyan edib ki, ABŞ və İran arasındakı münasibətlərin mahiyyəti “anadangəlmə uyğunsuzluq və maraqların toqquşması”dır və ABŞ-ın İrana qarşı düşmənçiliyinin kökləri 1953-cü il avqustun 19-da nefti milliləşdirmiş baş nazir Məhəmməd Musaddiqə qarşı “ABŞ və İngiltərə tərəfindən təşkil edilmiş” çevrilişə gedib çıxır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
turkustan.az

1Mənbələr