AZ

Sahil Babayev: Dövlət borcu illik ÜDM-in 19.5%-nə bərabərdir

BAKI, 4 noyabr. TELEQRAF

"Manatın məzənnəsi 1.7 manat təsbit edilib. Bundan başqa, dövlət borcumuz cari tarixə 25.4 mlrd manat və ya illik ÜDM-in 19.5%-nə bərabərdir. Bu rəqəm cari ilin əvvəli ilə müqayisədə 2.2% bəndi daha aşağıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

O qeyd edib ki, ilin sonuna proqnoz 21.8%, 2029-cu ilin sonuna olan proqnoz isə 21.2% kimi müəyyən edilib. Ümumilikdə Azərbaycan dövlət borcunun ÜDM-ə nisbəti göstərici üzrə dünyada ən yaxşı 20 ölkədən biridir və ilk 10-luğa aiddir”.

Seçilən
28
teleqraf.com

1Mənbələr