AZ

“Hər yeni silah müqaviləsi uzunmüddətli sülhün təməllərini zəiflədir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rəsmi Paris son illərdə region siyasətində daha aktiv rol almağa çalışır və Ermənistanla hərbi əməkdaşlığı “müttəfiqlik və təhlükəsizlik təminatı” kontekstində əsaslandırır. Lakin belə bir yanaşma təkcə müdafiə əməkdaşlığı deyil, eyni zamanda, geosiyasi mesaj daşıyır: Fransa, Avropa İttifaqı daxilində regionda təsirini artırmaq, həm də Ermənistanın Qərbə inteqrasiyasını dərinləşdirmək niyyətindədir. Bununla belə, regionun sülh gündəliyi üçün əsas prioritet hərbi texnologiyaların idxalı deyil, etimadın bərpası və diplomatik kanalların effektiv işləməsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

Ekspert vurğulayıb ki, hər bir yeni silah müqaviləsi, istər-istəməz, regionun təhlükəsizlik arxitekturasına təsir göstərir və uzunmüddətli sülhün təməllərini zəiflədir: “Bu baxımdan, beynəlxalq tərəfdaşların – xüsusilə də Avropa dövlətlərinin – regionda “silah diplomatiyası”ndan çox, “sülh diplomatiyası”nı təşviq etməsi daha konstruktiv yanaşma olardı. Nəticə etibarilə, Ermənistanın son silahlanma addımları sülh prosesi fonunda paradoksal və ziddiyyətli mənzərə yaradır. Əgər məqsəd həqiqi və davamlı sülhün təminatıdırsa, bu zaman prioritet hərbi gücün artırılması deyil, qarşılıqlı anlaşma, etimadın bərpası və səmimi dialoqun gücləndirilməsi olmalıdır. Regionun gələcəyi yalnız silahların sayında deyil, sülhün keyfiyyətində ölçüləcək”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr