Bakı, 4 noyabr, AZƏRTAC
İspaniyanın "Barselona" komandası İngiltərənin "Mançester Siti" klubunun futbolçusun Erlinq Holannı transfer etmək istəyir.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi norveçli ulduz hücumçunun keçidini 2026-cı ilin yayında tamamlamağa çalışacaq.
“Barselona” “şəhərlilər”ə təzminatla yanaşı, Dani Olmonu da təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Erlinq Holannın “Mançester Siti” ilə 2034-cü ilin yayına qədər müqaviləsi var.