AZ

Ceyhun Sultanov: Məncə, bu oyun əvvəlkilərdən daha maraqlı olacaq

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Ölkədə olmadığım üçün "Neftçi"nin "Kəpəz"lə oyunu izləyə bilmədim. Amma nəticədən xəbərim var. Komanda ölkə kuboku da daxil olmaqla ardıcıl 3 oyundur qələbə qazanır. Bu isə artıq inkişafdan xəbər verir". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.Hazırda agent kimi fəaliyyət göstərən veteran futbolçu Misli Premyer Liqasının X turundan sonra 15 xalla 7-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin son oyunlarını şərh edib:"Son turlarda oyun planında"Neftçi"də irəliləyiş hiss olunur. Komanda olaraq yavaş-yavaş oyunlarını tapırlar. İnanıram ki, mövsümün sonunda turnir cədvəlində istədikləri pillədə olacaqlar. Növbəti turda bizi Azərbaycan derbisi gözləyir. Durumundan asılı olmayaraq "Neftçi" "Qarabağ"la oyuna xüsusi köklənir, meydana ancaq qələbə üçün çıxır. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Ümid edirəm derbidə hər iki komandanın ifasında yaxşı oyuna şahidlik edəcəyik. Məncə, bu oyun əvvəlkilərdən daha maraqlı olacaq".Qeyd edək ki, Misli Premyer Liqasının X turunda "Neftçi" "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
sport24.az

2Mənbələr