AZ

Kolumbiya Qəzzada uşaqlara könüllü həkimlər göndərəcək

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kolumbiya Prezidenti Qustavo Petro fələstinli uşaqlara dəstək məqsədilə Qəzzaya həkimlər və könüllülər göndəriləcəyini bəyan edib.

Missiya.Az xəbər verir ki, dövlət başçısı bu barədə Qətər mətbuatına müsahibəsində danışıb.

Petronun sözlərinə görə, Kolumbiya Qəzzanın bərpası və müalicəyə ehtiyacı olan uşaqlara yardım göstərmək niyyətindədir.

“Mövcud mexanizmlər çərçivəsində Kolumbiya hərbi xəstəxanasından həkimlər və könüllülər göndərəcəyik. Yeni mexatronik protezlər vasitəsilə itirilmiş ətrafların bərpası və insanların daha yaxşı həyat sürməsi mümkün olacaq. Lazım gələrsə, bu uşaqları Kolumbiyaya gətirərək burada müalicə edə bilərik”, – deyə Prezident qeyd edib.

Qustavo Petro həmçinin ABŞ-ni Fələstini müstəqil dövlət kimi tanımağa çağırıb.

“Əgər ABŞ Prezidenti Yaxın Şərqdə sülhün bərqərar olmasını istəyirsə, ilk addım kimi Fələstini tanımalıdır. Bu, iki dövlətli həll və davamlı sülh üçün vacib şərtdir”, – Kolumbiya Prezidenti vurğulayıb.

Seyranə QuliyevaMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
missiya.az

2Mənbələr