AZ

Anidən daralan yollarda sizi ötən sürücüyə yol verin Mütəxəssisdən sürücülərə TÖVSİYƏ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov şəhər yollarında zolaqların daralması zamanı sürücülərin davranışına diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, bəzi hallarda yolların daraldığı yerlərdə sürücülər qaydalara əməl etmir və bu da qəza riskini artırır.

Aqil Rəhimovun sözlərinə görə, zolaq daralan kimi sürücü ilk növbədə güzgülərə baxmalı və ətrafdakı nəqliyyat axınını müşahidə etməlidir:

“Əgər sol zolaqda avtomobil görürüksə, qazdan ayağımızı çəkmək lazımdır. Normalda o sürücü bizə yol verməlidir, amma çox təəssüf ki, on sürücüdən üçü, dördü qəflətən bizim zolağa daxil olur. Ona görə də belə yerlərdə diqqətli olmaq, lazım gəldikdə tormoz pedalına yüngülcə toxunmaq lazımdır.”

Məşqçinin sözlərinə görə, şəhər yollarında zolaqların daraldığı yerlərdə sürücülər diqqətli olmadıqda qəza ehtimalı dəfələrlə artır. Buna görə də o, hər bir sürücünü belə məqamlarda öncədən vəziyyəti qiymətləndirməyə və təhlükəsiz məsafəni qorumağa çağırıb.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
avtosfer.az

1Mənbələr