AZ

Qar uçqunu yeddi nəfərin ölümünə səbəb olub

Qar

Cənubi Asiya ölkəsi Nepaldakı Yalung Ri dağında qar uçqunu nəticəsində yeddi nəfər həlak olub.

Reyting.az
xəbər verir ki, həlak olanlardan beşi xarici alpinist, isiki isə nepallı bələdçidir.

Rəsmilər təxminən 4900 metr yüksəklikdə yerləşən baza düşərgəsindəki beş nəfərin də yaralandığını bildirib.

Xarici alpinistlərin milliyyəti və şəxsiyyəti hələ müəyyən edilməyib.

Xilasetmə qrupları hadisə yerinə vertolyotla çatmağa çalışsalar da, pis hava şəraiti səbəbindən geri qayıtmaq məcburiyyətində qalıblar.

V. QULİYEV
Seçilən
25
reyting.az

1Mənbələr