AZ

Gələn il sahibkarlar banklardan 7,8 milyard manat pul çıxaracaqlar

2026-cı ildə vergi ödəyiciləri tərəfindən banklardan çıxarılan nağd vəsaitlərin qeyri neft-qaz sektoru üzrə formalaşan ÜDM-ə nisbətinin 7,7% səviyyəsində (ödəniş davranışı konteksində) qərarlaşacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, 2026-cı ilin büdcəsində pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə sadələşdirilmiş verginin proqnozu əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 12,3 mln. manat və ya 18,7%, cari ilin proqnozu ilə müqayisədə isə 3,2 mln. manat və ya 4,2% çox olmaqla 78,2 mln. manat nəzərdə tutulur:

"Bu da növbəti ildə vergi ödəyiciləri tərəfindən banklardan çıxarılan nağd vəsaitlərin həcminin 7,8 milyard manattəşkil edəcəyini göstərir. Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin proqnozunun artması ilk baxışda büdcə daxilolmalarının yüksəlməsi kimi müsbət görünsə də, digər tərəfdən iqtisadi fəaliyyətin qeyri-rəsmi dövriyyəsinə meyil etməsi baxımından mənfi tendensiya risklərini də artırır".

Seçilən
31
teleqraf.com

1Mənbələr