AZ

Leyenlə danışdım, müsbət siqnallar var Zelenski

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyü yolunda müsbət nəticəyə ümid etmək üçün əsasımız var”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenlə söhbət etdiyini vurğulayıb:

“Aİ 2025 Genişlənmə Paketi çərçivəsində illik hesabat sabah dərc olunacaq. Biz Ukraynanın təşkilata üzvlük istiqamətində irəliləyişini müzakirə etdik. İndi müsbət nəticəyə ümid etmək üçün bütün əsaslar var”.

Zelenskinin sözlərinə görə, AK rəhbəri enerji sektorunda Ukraynaya yardımla bağlı müxtəlif qurumlar və ölkələrlə koordinasiyadan danışıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
globalinfo.az

1Mənbələr